RU

Astronomlar Yerdən 146 işıq ili uzaqlıqda yeni planet kəşf ediblər

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 30 yanvar, AZƏRTAC

Astronomlar 146 işıq ili uzaqlıqda Yer ölçüsündə yeni planet aşkar ediblər. Tədqiqatçılar planetin Günəşə bənzər bir ulduz ətrafında fırlandığını və gələcək kosmik teleskoplar tərəfindən müşahidə edilə biləcəyini bildirirlər.

“HD 137010 b” adlanan planet NASA-nın “Kepler” kosmik teleskopunun K2 missiyasından 2017-ci ildə toplanmış və Cənubi Kvinslend Universitetinin (USQ) tədqiqatçısı Aleksandr Vennerin rəhbərlik etdiyi beynəlxalq qrup tərəfindən təhlil edilmiş məlumatlardan istifadə edilərək aşkar edilib. AZƏRTAC bu barədə “The Astrophysical Journal Letters” jurnalına istinadla xəbər verir.

Tədqiqatın nəticələrinə görə, planetin Yer kürəsindən təxminən 6 faiz böyük olduğu və təqribən 355 günlük orbitdə yerləşdiyi ehtimal olunur. Astronomlar bildiriblər ki, onun səth temperaturu Marsa daha yaxın və potensial olaraq –70°C-dən aşağı olsa da, yaxınlığındakı ulduzun yaşayış zonasında olması ehtimalı təxminən 50 faizdir.

Tədqiqatın həmmüəllif Çelsi Huanq bildirib: “Yer ölçülü bu planetin çox maraqlı tərəfi odur ki, onun ulduzu Günəş sistemimizdən cəmi 150 işıq ili uzaqdadır”. O əlavə edib ki, planetin nisbi yaxınlığı onu gələcək teleskoplar üçün perspektivli hədəfə çevirir. “Günəşəbənzər ulduzun ətrafındakı növbəti ən yaxşı planet yaşayış zonasında yerləşən “Kepler-186f”dən təxminən dörd dəfə daha uzaqda və 20 dəfə daha zəifdir”, - deyə o əlavə edib.

Planeti göstərən zəif siqnal ilk dəfə aparıcı müəllif Vennerin də daxil olduğu alimlər qrupu tərəfindən qeydə alınıb. O deyib: “Mən orta məktəbdə oxuyarkən “Planet ovçuları” adlı elmi layihəyə töhfə vermişəm və tədqiqata başlamağımda bunun böyük rolu olub”.

O əlavə edib ki, “NASA-nın Yerə bənzəyən planetləri birbaşa görüntüləmək üçün nəzərdə tutulmuş gələcək kosmik missiyaları da “HD 137010 b”nin görüntülərini çəkə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
3
azertag.az

10Источники