RU

Bayden bu iki hədiyyəni özündə saxlayan lider kimi tarixə düşdü: Sabiq prezidentə kimlər nə veriblər?

ABŞ-ın keçmiş prezidenti Co Bayden prezidentliyi dövründə aldığı diplomatik hədiyyələrdən yalnız ikisini özündə saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi ABŞ Dövlət Departamentinin sənədlərinə istinadən yazır.

Məlumata görə, Baydenin saxladığı əşyalar Papua–Yeni Qvineyanın baş naziri Ceyms Marape tərəfindən hədiyyə edilən təyyarə qalıqları və İtaliyanın baş naziri Corcia Meloni tərəfindən təqdim olunan qol düymələridir.

2023-cü ildə Marape Baydenə Douglas A-20 Havoc bombardmançı təyyarəsinin qalıqlarını hədiyyə edib. Məhz bu model təyyarədə ABŞ prezidentinin əmisi Embrouz Finneqan xidmət edib. O, 1944-cü ildə Yeni Qvineya sahilləri yaxınlığında baş vermiş qəza zamanı həlak olub.

Bayden bu hədiyyəyə görə minnətdarlığını bildirərək onu “inanılmaz hədiyyə” adlandırıb və Papua–Yeni Qvineyanın ailəsi üçün “xüsusi əhəmiyyət” daşıdığını vurğulayıb.

Marape Baydenə bununla yanaşı çərçivəyə salınmış plakat, ənənəvi bilum çantası, rəsm əsəri, köynək, qızıl sancaq və qəhvə də təqdim edib. Bütün bu hədiyyələrin ümumi dəyərinin 1200 dollardan çox olduğu bildirilir.

Baydenin özündə saxladığı ikinci hədiyyə isə 2024-cü ildə İtaliyanın baş naziri Corcia Meloni tərəfindən verilmiş Buccellati markalı qol düymələridir. Meloni həmçinin ABŞ prezidentinə xatirə medalyonu, şərab və zeytun yağı da hədiyyə edib. Bu hədiyyələrin ümumi dəyəri 722 dollar olaraq qiymətləndirilib.

Bloomberg qeyd edir ki, xarici dövlət rəsmilərindən alınan bütün hədiyyələr rəsmi olaraq ABŞ hökumətinə məxsus sayılır. Əgər hədiyyəni alan şəxs onu şəxsi mülkiyyətində saxlamaq istəyərsə, həmin əşyanın dəyərini dövlətə ödəməlidir.

Beləliklə, Co Bayden ailə tarixi ilə bağlı simvolik əşyanı və rəsmi zərgərlik hədiyyəsini saxlamağı seçən nadir liderlərdən biri kimi diqqət çəkib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
49
27
konkret.az

10Источники