RU

Sumqayıt boksçularından uğurlu nəticələr (FOTO)

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Boks üzrə kişilər arasında keçirilən Azərbaycan çempionatında Sumqayıt boksçuları uğurlu nəticə göstərib. 

Qaynarinfo xəbər verir ki, çempionatda"Neftçi” klubunun təmsilçisi Aşurəliyev Məhəmmədəli Yavər oğlu 60 kq dərəcəsində qızıl medala layiq görülüb. 

Digər sumqayıtlı boksçu Məlikov Nurlan Zubeyr oğlu isə 75 kq dərəcəsində bürünc medal qazanıb. 

Hər iki boksçu əməkdar məşqçi, idman ustası Rüfət Aslanovun tələbəsidir. Rüfət Aslanovun tələbələri bundan əvvəl də keçirilən yerli və beynəlxalq turnirlərdə uğurlu nəticələr göstərib.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
qaynarinfo.az

1Источники