Bu gün Çempionlar Liqasının 2025/2026 mövsümünün pley-off mərhələsinin püşkü atılacaq.
Sportinfo.az xəbər verir ki, tədbir bu gün, saat 15:00-da UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək.
Mərasimdə “Qarabağ”ın da pley-off mərhələsindəki rəqibi də müəyyənləşəcək.
Səpələnməmişlər sırasında yer alan Azərbaycan çempionu PSJ və ya “Nyukasl”dan birinə rəqib olacaq.
Püşkatmada liqa mərhələsini 9-cu və 24-cü yerlər arasında başa vuran komandalar iştirak edəcəklər. İlk 8 yeri tutan klublar birbaşa 1/8 finala vəsiqə qazandıqları üçün bu mərhələdən azaddırlar.
Püşkatmadan öncə 16 komanda iki səbətə bölünüb.
Səpələnmişlər (9-16-cı yerlər):
“Real” (İspaniya)
“İnter” (İtaliya)
PSJ (Fransa)
“Nyukasl” (İngiltərə)
“Yuventus” (İtaliya)
“Atletiko” (İspaniya)
“Atalanta” (İtaliya)
“Bayer” (Almaniya)
Səpələnməmişlər (17-24-cü yerlər):
“Borussiya” (Dortmund, Almaniya)
“Olimpiakos” (Yunanıstan)
“Brügge” (Belçika)
“Qalatasaray” (Türkiyə)
“Monako” (Fransa)
“Qarabağ” (Azərbaycan)
“Budo Qlimt” (Norveç)
“Benfika” (Portuqaliya)
Pley-off mərhələsinin oyunları fevralın 17-18-də və 24-25-də keçiriləcək.
ÇL-in final matçı mayın 30-da, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.