RU

"Putini Kiyevə dəvət edirəm"

Ukrayna Prezidenti Volodimir Zelenski Kremlin Rusiya dövlət başçısı Vladimir Putinlə Moskvaya danışıqlara gəlmək üçün israrlı dəvətlərinə münasibət bildirib.

Milli.Az xəbər verir ki, Zelenski bu məsələyə jurnalistlərlə söhbəti zamanı toxunub.

"Şübhəsiz ki, Putinlə Moskvada görüşməyim mümkün deyil. Mən də onu Kiyevə dəvət edə bilərəm, qoy gəlsin. Əlbəttə, qərar verərsə, onu açıq şəkildə dəvət edirəm", - Zelenski qeyd edib.

Zelenski liderlərin görüşünün istənilən real formatının Ukrayna tərəfinə uyğun olduğunu vurğulayıb: "Bunun hansı nəticə verəcəyini bilmirəm. Ancaq ən azından bu gün baş verənlərdən daha böyükdür".

Milli.Az

Избранный
61
11
milli.az

10Источники