RU

İki düşmən ölkə barışır: bu şərtlər yerinə yetirilməlidir!

İsrailin Baş naziri Benyamin Netanyahunun “Səudilər razılaşma istəyirsə, anti-İsrail qüvvələri ilə eyni cəbhədə olmamalıdır” açıqlaması son günlər ciddi müzakirələrə səbəb olub. Ekspertlər bunu İsrailin regionda dəyişən balansı necə oxuduğunu göstərən açıq siqnal kimi qiymətləndirir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, İsrail artıq normallaşmanı tarixi fürsət kimi yox, şərtlərlə məhdudlaşdırılmış risk kimi görür:

“Səudiyyə isə fərqli məntiqdən çıxış edir. Riyad üçün məsələ İsraillə münasibət qurmaq yox, bunu hansı şərtlərlə və hansı regional qiymətə edəcəyidir. Məhz bu nöqtədə proses dayanır və üç mümkün ssenari ortaya çıxır.

Bu ssenaridə tərəflər açıq normallaşmaya getmədən, texniki və təhlükəsizlik əməkdaşlığını genişləndirir. Riyad anti-İsrail bloklara formal yaxınlıqdan qaçır, İsrail isə Fələstin məsələsində ritorikanı bir qədər yumşaldır, amma real güzəştlərə getmir.

Bu model ABŞ üçün qənaətbəxşdir, Səudiyyə üçün daxili ictimai təzyiqi idarəolunan saxlayır, İsrail üçün təhlükəsizlik risklərini minimumda tutur. Amma bu, strateji dönüş yox, vaxt udmaqdır.

Bu halda Səudiyyə açıq şəkildə İsraillə razılaşmanı kənara qoyur, amma eyni zamanda onun əleyhinə sərt bloklara da qoşulmur. Riyad balans siyasətini seçir: bir tərəfdən ABŞ və İsraillə əlaqələri saxlayır, digər tərəfdən regionda manevr azadlığını itirmir.

Netanyahunun açıqlaması məhz bu ssenaridən doğan narahatlığı əks etdirir. Çünki İsrail üçün ən problemli variant Səudiyyənin nə dost, nə də açıq rəqib olmasıdır. Bu vəziyyət İsraili regionda təkbaşına qərar verməyə məcbur edir”.

Rüstəm Tağızadə

Ekspert deyib ki, bu ssenari qısa və orta müddətdə ən stabil, amma uzun müddətdə ən qeyri-müəyyən variantdır:

“Əgər İsrail daxili siyasətdə daha sərt xəttə keçərsə və Fələstin məsələsində hər hansı elastiklik göstərməzsə, Səudiyyə açıq şəkildə alternativ regional xətt axtara bilər. Bu, İsrail üçün strateji məğlubiyyət, ABŞ üçün isə regionda təsir itkisidir.

Bu ssenari Yaxın Şərqdə yeni bloklaşmanı sürətləndirər, İsrailin təhlükəsizlik mühitini ağırlaşdırar, regionu daha az proqnozlaşdırılan hala gətirər. Bu, hələlik az ehtimallıdır, amma tam istisna da deyil.

Səudiyyə vaxt qazanır, çünki onun alternativləri var. İsrail isə vaxtla yarışır, çünki regional balans sürətlə dəyişir.

Netanyahunun açıqlaması da məhz bu narahatlığın sözə çevrilmiş formasıdır.

Normallaşma mümkündür. Amma bu, artıq simvolik sülh deyil — soyuq hesablamalar üzərində qurulan, riskli bir razılaşmadır”.

Atilla Rzasoy

Избранный
47
21
nocomment.az

10Источники