RU

Bakı limanında tonlarla dizel gömrükdən xəbərsiz Rusiya gəmisinə yüklənib

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkmənistandan gətirdiyi kükürd yükünü Bakının Beynəlxalq Dəniz Ticarət Limanına boşaldıb, yenidən geri qayıtmalı olan Rusiyaya məxsus “Sulak” gəmisinin yanacağı tükənmək üzrə olub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, bununla bağlı gəminin məxsus olduğu şirkət yanacağın təmin olunması üçün “Geo Energy Baku” MMC-yə müraciət edib.

Maraqlıdır ki, “Geo Energy Baku” gəmiyə yanacağın vurulmasından ötrü ya yanacağın alındığı şirkətdən arayış, ya da ixrac bəyannaməsini təqdim etməli olduğu halda, bu qaydaya əməl olunmayıb.

Nəticədə gömrük orqanına məlumat verilmədən, 27,677 ton dizel yanacağı gömrük ərazisindən keçirilərək, gəmiyə yüklənilib.

Buna görə də, gömrük qaydalarını pozan şirkət barəsində bu ilin yanvarında protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmə şirkətin inzabi qaydada cərimələnməsi ilə bağlı qərar çıxarıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
52
50
sherg.az

10Источники