RU

"Azərbaycanfilm" ləğv olunur? - Baş direktordan açıqlama

"Azərbaycanfilm" qalmalıdır, lakin onun mahiyyəti dəyişməlidir. O, artıq yalnız bir mühit rolunu oynamalıdır və kino sahəsində fəaliyyət göstərən şəxslər bundan yararlanmalıdırlar".

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri Kino Agentliyinin baş direktoru Rəşad Əzizov bu gün "Azərbaycan mədəniyyəti - 2040" Konsepsiyasının təqdimatına dair bilgiləndirmə sessiyasında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, qeyd olunan istiqamətdə artıq müəyyən işlər görülür:

"Bəzi kosmetik xarakterli addımlar atılıb. Yaxın zamanda isə daha geniş islahatlar nəzərdə tutulur. Hazırda bir sıra normativ aktlar üzərində işlər aparılır".

"Cebheinfo.az"

Избранный
65
15
cebheinfo.az

10Источники