RU

Bu ixtisası seçən tələbələr 700 manata yaxın təqaüd ala BİLƏR

Azərbaycanda “Su ehtiyatlarının idarəedilməsi” ixtisası üzrə təhsil alan tələbələrin ümumilikdə 700 manata yaxın təqaüd almaq imkanı var.

Bizim.Media xəbər verir ki, bu ildən Azərbaycan-Fransız Universitetində sözügedən ixtisasa qəbul olunan tələbələr akademik göstəricilərindən asılı olaraq eyni vaxtda üç fərqli təqaüd proqramından yararlana bilərlər.
 

Təqaüdlərə 240 manat məbləğində dövlət təqaüdü (əlaçı tələbələr üçün), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin ayırdığı 200 manatlıq dəstək və ADNSU tərəfindən təsis edilən 250 manatlıq “Eyyub Tağıyev” adına təqaüd daxildir.


Bildirilib ki, hər üç təqaüdü əldə etmək üçün tələbələrdən yüksək akademik nəticələr tələb olunur.

Qeyd edək ki, “Eyyub Tağıyev” adına təqaüd ötən il təsis edilib və texnika elmləri doktoru, professor Eyyub Tağıyevin elmi irsinə həsr olunub. (Ölkə.az)

Bizim.Media

Избранный
59
50
bizim.media

10Источники