RU

Bu ərazilərdə tikilən evlərə heç vaxt çıxarış verilməyə bilər - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin sədri Nigar Alimova hər hansı sənədi olmayan tikililərə sənədlərin verilməsinə baxıla biləcəyini deyib.

O bildirib ki, bugünkü mərhələdə istənilən növ amnistiya təşviq xarakterli olmamalıdır.

"Özbaşına tikililərin qanunla qadağan olduğunu bilməliyik. Bununla bağlı həm kommunal proseslərdə, həm də sənədləşməsində sonradan problem yaranır."

Qurum rəsmisinin sözlərinə görə, özbaşına tikilərin sənədləşdirilməsinə qanunla qadağalar var. Bu qadağalar haqqında hallar həm torpaq, həm də mülki məcəllədə qeyd olunub.

"Azərbaycanda hazırda 400-500 min sənədsiz tikili mövcuddur. Bu tikililərin dəqiq sayını müəyyən etmək üçün geniş araşdırılma aparılmalıdır."

Sədrin açıqlaması qadağan olunmuş ərazilərdə tikilən evlərin sənədləşdirilməsi məsələsini yenidən gündəmə gətirir.

Maraqlıdır, hansı ərazilərdə tikilən evlərə ümumiyyətlə sənəd verilməyə bilər?

Əmlak eksperti Elnur Fərzəliyev Day.Az-a açıqlamasında deyib ki, Azərbaycanda, xüsusən paytaxt Bakı və Abşeron ərazisində çox sayda fərdi yaşayış evlərinin çıxarışı - yəni rəsmi mülkiyyət sənədi yoxdur.

"Bu sənədsiz evlərdən bir qismi sovet dövründən qalsa da, böyük hissəsi 1990-cı illərdən bu günə qədər tikilmiş evlərdir. Kənd və qəsəbələrdə də oxşar vəziyyət müşahidə olunur. Belə çıxarışsız əmlakların çoxluğunun müxtəlif səbəbləri var. Əsas səbəblərdən biri odur ki, bu evlərin çoxu torpağın təyinatı uyğun olmayan sahələrdə tikilib. Yəni əgər fərdi yaşayış evinin çıxarışla təmin olunması üçün həmin torpaq sahəsi "yaşayış məntəqələri torpaqları" kimi qeydə alınmayıbsa, bu evə çıxarış verilə bilməz."

Ekspert Elnur Fərzəliyevin sözlərinə görə, Azərbaycanda sənədsiz evlərin çoxluğunun əsas səbəblərindən biri odur ki, bu evlərin çoxu torpağın təyinatı uyğun olmayan sahələrdə tikilib.

"Yəni fərdi yaşayış evinin çıxarışla təmin olunması üçün həmin torpaq sahəsi "yaşayış məntəqələri torpaqları" kimi qeydə alınmayıbsa, bu evə çıxarış verilə bilməz. Bundan başqa, bəzi evlər dövlət torpaqları və ya qadağan olunmuş ərazilərdə yerləşdiyi üçün sənədləşdirilə bilmir. Məsələn, mühafizə zolaqlarında, yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında və digər belə zonalarda tikilən evlərə çıxarış verilmir. Eyni zamanda köhnə kolxoz və sovxozlar tərəfindən ayrılmış torpaq sahələri üzərində tikilmiş evlər də sənədsiz qalır, çünki həmin sahələrin hüquqi statusu dəqiq müəyyənləşməyib və bu səbəbdən çıxarış almaq uzun və mürəkkəb prosesə çevrilir."

Ekspert bildirib ki, amnistiyanın tətbiqi nəticəsində bu problemlərin qısa müddətdə - bir neçə il ərzində öz həllini tapması real görünür.

Elvin Səxavətoğlu
Day.Az

Избранный
46
5
day.az

10Источники