RU

Əraqçi: “İranın raketləri heç bir danışığa tabe olmayacaq”

İran xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkəsinin hərbi müdafiə sistemi və raketləri heç bir danışıqlara tabe olmayacaq.

“Yeni Sabah” xəbər verir ki, yanvarın 30-da İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında danışan A.Əraqçi bəyan edib ki, hər bir dövlətin və xalqın öz təhlükəsizliyini qorumaq haqqı var.

O həmçinin vurğulayıb ki, İran nüvə silahı axtarmır və müzakirələrə qarşılıqlı hörmət, maraq və etimad əsasında hazırdır.

“Biz danışıqlara hazır olduğumuz kimi, mühariobəyə də hazırıq. Hətta iyun ayındakı müharibədən daha çox hazırıq. Ölkəmizə təcavüz edildiyi təqdirdə yenə də güclü bir şəkildə cavab verməyə hazırıq”, – A.Əraqçı bəyan edib.

Избранный
2
28
konkret.az

10Источники