RU

Birinci xanımın həyatı ekranlarda: Melaniya bu filmdən nə qazanacaq?

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp haqqında "Melaniya" adlı sənədli film çəkilib.

Publika.az ABŞ mediasına istinadən xəbər verir ki, 104 dəqiqəlik sənədli filmdə ABŞ-ın birinci xanımının Donald Trampın ikinci andiçmə mərasiminə (1-20 yanvar 2025 - red.) qədər olan 20 günlük həyatı əks olunub.

Filmin prodüseri Mark Bekman müsahibəsində Melaniya Trampın filmin yaradıcı istiqamətinə rəhbərlik etdiyini bildirib. Onun sözlərinə görə, filmdə birinci xanımın moda seçimləri, diplomatik əlaqələri və Gizli Xidmətin (Secret Service) fəaliyyəti ilə bağlı proseslər ön plana çıxarılıb.Bekman qeyd edib ki, izləyicilər, həmçinin prezidentin yumor hissini əks etdirən anları da görəcəklər.

Filmin rejissoru isə Pik saatı (ing. Rush Hour) franşizası ilə tanınan rejissor Brett Ratnerdir.

Избранный
12
3
publika.az

10Источники