RU

Azərbaycanda "yaşıl tikinti" və "yaşıl bina" yanaşmaları nəzərə alınmaqla qanunvericilik təkmilləşdiriləcək

Azərbaycanda "yaşıl tikinti" və "yaşıl bina" yanaşmaları nəzərə alınmaqla şəhərsalma və tikinti qanunvericiliyi təkmilləşdiriləcək.

"Report" xəbər verir ki, bu barədə prezident İlham Əliyevin bu gün imzalanan sərəncamla təsdiqlənən "Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda əks olunub.

Sənədə əsasən, şəhərlərdə iqlim dəyişikliyinin təsirlərinin azaldılması məqsədilə "yaşıl tikinti" və "yaşıl bina" yanaşmaları nəzərə alınmaqla şəhərsalma və tikinti qanunvericiliyinin təhlili, beynəlxalq təcrübənin araşdırılması və normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq

Избранный
88
43
far.az

10Источники