RU

Azərbaycanda həyat sığortası üzrə ödənişlər artdı

2025-ci ildə Azərbaycanda həyat sığortası növlərinin hesabına 853,010 milyon manat sığorta haqqı toplanılıb.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb Bu, 2024-cü illə müqayisədə 16,2 % çoxdur.Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 33 % artaraq 642,932 milyon manata çatıb.Beləliklə, 12 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 75,4 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 65,8 manat təşkil edib.Xatırladaq ki, 2025-ci ildə Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 504,709 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2024-cü ilə nisbətən 11,2 % çoxdur.Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 920,395 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 22,3 % çoxdur.

Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,2 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 55,6 manat olub.

Избранный
19
4
metbuat.az

10Источники