RU

Qadın sağlamlığını yaxşılaşdıran əlavə açıqlandı

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kreatin ən çox əzələ kütləsinin artımı və gücün yüksəldilməsi ilə əlaqələndirilən idman əlavələrindən biri kimi tanınsa da, yeni araşdırmalar onun qadınlar üçün də geniş sağlamlıq faydaları verdiyini göstərir.

Redaktor.az xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat yayıb.

Araşdırmalara görə, kreatin qadınlarda təkcə əzələ və sümük sağlamlığını dəstəkləmir, eyni zamanda idrak funksiyalarının, yuxu keyfiyyətinin və əhval-ruhiyyənin yaxşılaşmasına da müsbət təsir göstərə bilər. Kreatin orqanizmdə amin turşularından sintez olunan, həmçinin əsasən ət və dəniz məhsulları ilə qəbul edilən təbii bir birləşmədir. O, hüceyrələrin qısa müddətli enerji təminatında mühüm rol oynayır.

Mütəxəssislərin bildirdiyinə görə, kreatinin müntəzəm qəbulu məşqlərin effektivliyini təxminən 20 faiz artıra bilər. Bunun səbəbi isə fiziki yüklənmələr zamanı yanaşmalar arasında daha sürətli bərpa prosesidir. Orqanizm gündəlik olaraq 2-4 qram kreatin sərf edir, lakin bu maddənin ehtiyatları məhdud olduğundan onun daim yenilənməsi vacibdir. Təkcə qida vasitəsilə kifayət qədər kreatin qəbul etmək çətindir, çünki təxminən 1 kiloqram xam ət və ya balıqda cəmi 3-5 qram kreatin olur və bişirmə zamanı bu miqdar azalır.

Son illər aparılan tədqiqatlar göstərir ki, qadınlar, eləcə də vegeterian və veganlar kreatini daha az qəbul etdikləri üçün orqanizmdə onun səviyyəsi aşağı ola bilər. Bu baxımdan, kreatin əlavələri sabit və etibarlı mənbə hesab olunur. Ən çox öyrənilmiş forma kreatin monohidratdır. Gündə 3-5 qram qəbul edildikdə 2-4 həftə ərzində əzələlərdə kreatin səviyyəsi artır.

Mütəxəssislər vurğulayır ki, kreatin yağ kütləsinin artmasına səbəb olmur və qadın fiqurunu “həddən artıq əzələli” etmir. Bununla belə, bütün təsirlərin tam təsdiqi üçün qadınlar üzərində daha geniş araşdırmalara ehtiyac var.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
55
38
redaktor.az

10Источники