RU

Ukraynada müharibədə iştirak edən Rusiya vətəndaşlarının Aİ-yə girişi qadağan edilə bilər

Avropa İttifaqı (Aİ) Ukraynada hərbi əməliyyatlarda iştirak edən Rusiya vətəndaşlarının təşkilata üzv ölkələrə girişini qadağan edə bilər.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə baş sözçüsü Anitta Hipper brifinqdə bildirib.

Hipper bu məsələnin bir gün əvvəl Aİ Xarici İşlər Nazirlərinin müşavirəsində müzakirə olunduğunu təsdiqləyib.

Onun sözlərinə görə, təklif bir neçə ölkə tərəfindən dəstəklənib.

"Bu təklif Aİ-nin bir üzvü tərəfindən irəli sürülüb və bir neçə başqa dövlət tərəfindən dəstəklənib. Aİ hazırda Rusiyaya maksimum təzyiq göstərmək yollarını araşdırır", - Hipper qeyd edib.

Məlumata görə, bu təşəbbüsü Estoniya irəli sürüb.

Избранный
22
45
apa.az

10Источники