Gəncədə fəaliyyət göstərən bəzi ticarət obyektlərində yoxlama keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, şəhərin Məhsəti qəsəbəsində yerləşən, fiziki şəxs Vaqif Abbas oğlu Tağıyevə və fiziki şəxs Asif Tofiq oğlu Məmmədova məxsus ərzaq mağazalarında yoxlama zamanı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkarlanıb.
Məhsulların kustar üsullarla hazırlandığı, müşayiətedici sənədlərinin olmadığı, üzərində yanlış məlumatların qeyd edildiyi və saxta VÖEN göstərildiyi müəyyənləşdirilib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, içkilərin satışının qarşısı alınıb və möhürlənərək saxlanca verilib.
Saxta məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Araşdırmalar davam etdirilir.


Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта