Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakıda nəqliyyatın yükünü azaltmaq üçün tramvay xəttinin çəkiləcəyi xəbəri özü ilə birlikdə bir çox məsələləri ortaya çıxarıb. Təqdim ediləm sxemə əsasən reys üzərində bir çox yaşayış məntəqələri var. Məntəqələrin söküləcəyi yoxsa qiymətlərin daha da bahalaşması barədə suallar yaranıb.Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, tramvay xətti ilə bağlı iki mümkün variantın müzakirə olunduğu deyilir:"Əgər bu xətt üzrə hər hansı tikilinin sökülməsi və ya aradan qaldırılması zəruri olarsa, həmin mülkiyyət sahiblərinə mütləq kompensasiya veriləcək. Dövlət bu prinsiplə fəaliyyət göstərir və mülkiyyət hüququndan imtina edən vətəndaşlara adekvat kompensasiya ödənilir".O bildirib ki, xəttə yaxın ərazilərdə yerləşən evlərin taleyi ilə bağlı ciddi narahatlığa əsas yoxdur:"Əksinə, tramvay dayanacaqlarına yaxınlıq həmin evlərin qiymətinə və prestijinə müsbət təsir göstərəcək. Nəqliyyat əlçatanlığı daşınmaz əmlakın dəyərinə birbaşa təsir edən əsas amillərdən biridir. Doğrudur, tikinti mərhələsində müəyyən müvəqqəti narahatlıqlar yarana bilər, lakin uzunmüddətli baxımdan bu faktor evlərin dəyərini artırır".Ekspert qiymət artımının həcminə gəlincə bildirib ki, adətən yol və nəqliyyat xətlərinə yaxın olan evlər bazarda 10–20 faiz daha yüksək qiymətlə təklif olunur:"İlkin mərhələdə bu ehtimal realdır. Lakin tramvay xəttinin real təsiri layihə tam icra olunduqdan sonra daha dəqiq qiymətləndirilə bilər. Bəzi hallarda ictimai nəqliyyatın birbaşa yaxınlığı prestij deyil, müəyyən problemlər də yarada bilər.Layihə tam formalaşdıqdan sonra daha dəqiq proqnoz vermək mümkün olacaq. Ümumilikdə isə şəhərin tramvay sisteminə qayıtması uğurlu seçimdir və bu təcrübə inkişaf etmiş Avropa paytaxtlarında geniş yayılıb. Bu addım nəqliyyat əlçatanlığının artırılması və ictimai nəqliyyatın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır".O qeyd edib ki, tramvaylarda gediş haqqı da layihənin uğuruna birbaşa təsir göstərəcək."Gediş haqqı digər ictimai nəqliyyat növləri ilə müqayisədə daha əlverişli olmalıdır. Layihənin əsas məqsədi paytaxtdakı tıxacları azaltmaqdır, onları artırmaq deyil.Bəzən ictimai nəqliyyat layihələri düzgün planlaşdırılmadıqda digər nəqliyyat növləri üçün problemlər yaradır. Buna görə layihələndirmə mərhələsində ictimai nəqliyyatdan istifadənin səviyyəsi və təşviq mexanizmləri nəzərə alınmalıdır. Vətəndaşlar şəxsi avtomobillərdən daha çox ictimai nəqliyyata üstünlük verməlidirlər. Bunun üçün ictimai nəqliyyat ucuz, rahat, sürətli və tıxacsız olmalı, komfortlu gedişi təmin etməlidir", -deyə o bildirib.Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.