
“Qurtuluş” Reabilitasiya Mərkəzinin adam oğurluğu, qanunsuz azadlıqdan məhrum etmə, əzab vermə cinayətlərində ittiham olunan rəhbəri Ceyhun Salmanov və iki əməkdaşı məhkəməyə çıxarılıb.
Prokurorluğun təqdimatına Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə istintaq orqanının ilkin sübutlarını əsaslı hesab edib.
Qərara əsasən, mərkəzin rəhbəri Ceyhun Salmanov ilə işçiləri - Elşad Məhərrəmov və Natiq Əliyev barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.