RU

Ukrayna ərazi bütövlüyü ilə bağlı tələbləri qəbul etməyəcək

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ərazi bütövlüyünü pozacaq heç bir addım atmayacağını bəyan edib.Metbuat.az xəbər verir ki, Kiyevdə keçirilən mətbuat konfransında Zelenski ABŞ-nin müharibəni bitirmək üçün hazırladığı sülh planı üzərində aparılan işlərdən danışıb. Zelenski plandakı əksər bəndlər üzrə ABŞ tərəfi ilə razılığa gəldiklərini bildirib. Onun sözlərinə görə, Ukrayna 20 bəndlik planda iki bəndi dəstəkləmir. Zelenski ölkəsinin ərazi bütövlüyü ilə bağlı tələbləri qəbul etməyəcəyini bildirib.

Zelenski Ukraynanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı olduğunu vurğulayıb və sülh müqaviləsindən əvvəl ABŞ ilə təhlükəsizlik zəmanəti sənədinin imzalanmalı olduğunu bildirib.

Избранный
73
50
metbuat.az

10Источники