RU

"Ayntraxt"ın yeni baş məşqçisi məlum oldu

"Ayntraxt"ın yeni baş məşqçisi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Frankfurt təmsilçisini Albert Riera çalışdıracaq. 43 yaşlı mütəxəssislə 2028-ci ilin yayınadək müqavilə imzalanıb. Albert Rieranın son klubu "Selye" olub. O, komanda ilə Sloveniya kubokunu qazanmağı bacarıb. "Ayntraxt" Almaniya Bundesliqasının turnir cədvəlində 19 oyundan 27 xalla 8-ci yerdədir. 

Qeyd edək ki, Riera bu vəzifədə Dino Topmölleri əvəzləyib. 

Избранный
42
4
ikisahil.az

6Источники