RU

Tramp: ABŞ-ın rüsumları münaqişələrin nizamlanmasında mühüm rol oynayıb

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun tətbiq etdiyi gömrük rüsumları Vaşinqtonun münaqişələri nizamlamasında əhəmiyyətli rol oynayıb.

APA xəbər verir ki, Tramp bunu "The Wall Street Journal" qəzetində dərc olunan məqaləsində yazıb.

“İnkar etmək mümkün deyil ki, mənim tariflərim milli təhlükəsizliyimizi ölçüyəgəlməz dərəcədə gücləndirib. Doqquz ay ərzində səkkiz silahlı münaqişə və müharibəni nizamlamışam və bu prosesdə rüsumların böyük payı var. Bu, o cümlədən Hindistan ilə Pakistan arasında son dərəcə təhlükəli və ölümcül qarşıdurmanın azaldılmasına da aiddir”, — deyə Tramp vurğulayıb.

Избранный
31
2
apa.az

3Источники