RU

“Arsenal”ın ulduzu ayrılmaq istəyir: Arteta ilə yola getmir

“Arsenal”ın norveçli yarımmüdafiəçisi Martin Edeqor baş məşqçi Mikel Arteta ilə çətin münasibətləri səbəbindən klubdan ayrılmağı düşünür.

Publika.az xəbər verir ki, “Topskills Sports UK”nin məlumatına görə, Edeqor və Arteta arasında gərginlik artır. Məlumata görə, oyunçu klubdan ayrıla bilər, “Bayern Münhen” və “İnter” isə ona maraq göstərir.

Sensasiyalı transferin klublara təxminən 92 milyon avroya başa gələcəyi deyilir. Edeqor 2021-ci ildən bəri “Arsenal”da oynayır. Bu mövsüm 27 yaşlı norveçli bütün turnirlərdə 24 oyunda iştirak edib, bir qol vurub və beş məhsuldar ötürmə edib.

Избранный
25
publika.az

1Источники