RU

Azərbaycan neftinin qiyməti 73 dolları ötüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,46 ABŞ dolları və ya 0,63 % artaraq 73,35 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 72,71 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,43 ABŞ dolları və ya 0,61 % artaraq 70,74 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Избранный
85
6
aznews.az

10Источники