"Fənərbağça" gənc hücumçu Sidiki Şerifi heyətinə cəlb etməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, məcburi satınalma şərti ilə birlikdə icarə əsasında "sarı-lacıvərdlilər"ə qoşulacaq.

Bu barədə xarici mətbuatda məlumat yayılıb.

"Fənərbağça" 19 yaşlı forvard üçün klubu "Anje"yə 20 milyon avro ödəyəcək.

O, cari mövsüm Fransa Liqa 1-də 19 oyunda 4 qol vurmağı bacarıb.