RU

Daha bir neçə rayonda “Məktəbli Kuboku” keçirilir

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində daha bir neçə rayonda "Məktəbli Kuboku" turniri keçirilir. Sport24.az xəbər verir ki, Qobustan, Quba, Oğuz, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, İmişli, Şəki, Qax, Göyçay, İsmayıllı və Şamaxı üzrə yarışlarda 7-ci sinif oğlanlar, 5-ci sinif oğlan və qızlar olmaqla komandalar qüvvələrini sınayırlar.

 

 

Daxili birinciliklər başa çatdıqdan sonra hər üç qrup üzrə çempion komandalar rayonları bölgə yarışlarında - Regional finallarda təmsil edəcəklər.

 

 

Qeyd edək ki, "Məktəbli Kuboku" turnirinin təşkilində əsas məqsəd məktəblilər arasında futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təbliğ etmək və uşaqlarda komanda ruhunun formalaşmasına töhfə verməkdir. Layihə çərçivəsində ölkənin bütün bölgələrində məktəblər arasında yarışlar keçiriləcək, qaliblər respublika birinciliyində qüvvələrini sınayacaqlar.

 

 

 

Oğlanlar

Oğlanlar

Qızlar

 

Rayonlar

5-ci siniflər

7-ci siniflər

5-ci siniflər

Cəmi

Quba

14

24

3

41

Cəbrayıl

11

11

8

30

Qobustan

16

17

12

45

Göyçay

18

18

0

36

İsmayıllı

7

18

3

28

Oğuz

0

16

0

16

Şəki

16

32

4

52

Qax

8

14

9

31

Yevlax

30

30

6

66

Ağcabədi

40

41

23

104

Bərdə

36

36

34

106

Tərtər

33

33

31

97

İmişli

18

26

5

49

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
3
sport24.az

4Источники