RU

Ağdamda əri tərəfindən kəsici alətlə xəsarət yetirilən qadının vəziyyəti açıqlandı

Ağdam rayonunda əri tərəfindən kəsici alətlə xəsarət yetirilən qadının vəziyyəti açıqlanıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ağdam Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd edilib ki, bu gün saat 10 radələrində bir nəfər (qadın cinsli) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1975-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, başın və bədənin müxtəlif nahiyələrinin çapılmış, kəsilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Избранный
16
2
far.az

3Источники