RU

Qazaxıstanda 88 ölkədən 35 min əcnəbi tələbə təhsil alır

BAKI, 31 yanvar. TELEQRAF

Qazaxıstanın ali təhsil müəssisələrində 88 ölkədən 35 mindən çox əcnəbi tələbə təhsil alır.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Elm və Ali Təhsil Nazirliyi məlumat yayıb.

“2025-ci ildə Qazaxıstanda 88 ölkədən 35 mindən çox xarici tələbə təhsil alıb. Bu rəqəm bir ildə təxminən 11 faiz artıb”, qurum bildirib.

Nazirliyin məlumatına görə, xarici tələbələrin əsas axını Hindistan, Türkmənistan, Özbəkistan, Çin və Rusiyadan gəlir.

Избранный
17
teleqraf.com

1Источники