RU

Ukraynada doğum evi vuruldu Yaralılar var+Fotolar

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Rusiya Ordusu Ukraynanın Zaporojye şəhərində doğum evini vurub.

“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında baş verib.

Hücum zamanı ikisi qadın olmaqla azı 6 mülki şəxs yaralanıb.

Doğum evinin otaqları, koridorlar zədələnib, pəncərələr sınıb və duman qalxıb.

Məlumata görə, səhər və günortadan sonra Rusiyanın Zaporojye şəhərinə ümumilikdə iki hücum qeydə alınıb ki, biri 4 yaşlı uşaq olmaqla ümumilikdə 9 nəfər yaralanıb.

Məlumatı Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov teleqram kanalında təsdiqləyib.  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
4
qafqazinfo.az

5Источники