RU

Gülben Ergen Epstein qalmaqalı ilə bağlı paylaşım etdi - FOTO

Məşhur türkiyəli müğənni Gülben Ergen sosial media hesabı vasitəsilə Epstein skandalı ilə bağlı bir çağırış edib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni Epstein dosyesində adı keçən türklərin etibarlı mənbələrdən dəqiqləşdirilməli olduğunu bildirib. 

Jeffrey Epstein skandalı ilə bağlı açıqlanan yeni sənədlər dünya üzrə geniş müzakirələrə səbəb olub. Müzakirə Türkiyəyə də təsir edib. Gülben Ergenin “Epstein dosyesində adı çəkilən türkləri etibarlı mənbələrdən öyrənmək istəyirik. Dünyanın utancı Epstein” sözləri ictimaiyyətdə maraq və müzakirələri yenidən gücləndirib. 

Qeyd edək ki, ABŞ-da ictimaiyyətə təqdim edilən sənədlər Epstein ilə əlaqəsi olduğu iddia edilən şəxs və mühitlərə dair ifadələr ehtiva edir. Dosyalarda yer alan çox sayda ad, şahid ifadələri, əlaqə qeydləri və iddialar çərçivəsində olduğu bildirilir. Mütəxəssislər isə bu məlumatların cinayət ittihamı və ya qəti hökm olmadığına diqqət çəkirlər.

Избранный
5
manset.az

1Источники