RU

"Ofelyadan incimişəm, çörəyimə dəyildi"

Müğənni Kəmalə Günəşli canlı efirdə verdiyi açıqlama ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi son vaxtlar adı hallanan qalmaqalla bağlı səmimi etiraflar edib və yaşadığı narahatlığı gizlətməyib.

Kəmalə Günəşli bildirib ki, baş verənlərdən xəbəri olmayıb və Ofeliyanın niyə belə danışdığını anlamadığını deyib. O, həmçinin Əflatun müəllimlə bağlı yaranan söz-söhbətlərin səbəbini bilmədiyini vurğulayıb:

"Hər ikisinə hörmətim var. Amma ortada qalan mən oldum və ziyan mənə dəydi. Çörəyimə toxunuldu", - deyə müğənni qeyd edib.

Sənətçi Ofeliyanın bu davranışının onu çox incitdiyini bildirib və belə bir addımın atılmasının düzgün olmadığını söyləyib. Onun sözlərinə görə, sözügedən mahnının hər iki paylaşımı YouTube platformasında ümumilikdə 30 milyona yaxın baxış toplayıb. Bunlar da sildirilib. 

Kəmalə Günəşli həmin mahnının onun üçün xüsusi əhəmiyyət daşıdığını da diqqətə çatdırıb:
"O mahnı mənim vizit kartım idi. Onunla sevilmişəm, uğur qazanmışam".

Müğənninin bu etirafları sosial şəbəkələrdə və tamaşaçılar arasında müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Избранный
59
50
milli.az

10Источники