RU

Telefondan asılılıq həyata marağı itirir



Kempbell Universitetinin alimləri çox qəribə bir nəticəyə gəliblər. Güclü smartfon asılılığının həyatda məna axtarışı ilə əlaqəli olduğu aşkar edilib.



Medicina.az xəbər verir ki, alimlər 1500-dən çox insan arasında sorğu keçirib və onların həyatları nə qədər mənalı olarsa, smartfonlarına əl uzatmaq ehtimalı bir o qədər azdır. Lakin, real həyatda bu məna yoxdursa və insan gələcəkdə nə etməli olduğunu, necə yaşayacağını və kiminlə münasibət quracağını tam başa düşmürsə, mobil cihaza bağlanmaq bir o qədər yüksəkdir.


İlk baxışdan bu tədqiqatın nəticələri bir qədər qəribə görünür, çünki bu gün insanların böyük əksəriyyəti smartfonlara sahibdir və bir çoxları onlardan çox fəal şəkildə istifadə edirlər. Amma məlum olur ki, bəziləri üçün smartfon zəruri bir vasitədir, digərləri üçün ehtiraslarının əvəzedicisidir.

Smartfon asılılığı psixoloqlar və psixiatrlar arasında məşhur bir fenomendir. Bu gün bir gəncin smartfonu bir və ya iki günə əlindən alınarsa, onlar narahatlıq, depressiv simptomlar və artan stress səviyyələri də daxil olmaqla, açıq şəkildə çəkilmə əlamətləri hiss edə bilərlər.

Tədqiqatın müəllifləri sübut ediblər ki, insanın həyatda nə qədər çox mənası varsa, smartfonundan bir o qədər az asılı olur. Bu o deməkdir ki, bu asılılıqda yaxşı və ya faydalı bir şey olmadığı üçün həyatımızı daha mənalı etməyə çalışmalıyıq.


Aygün Musayeva


Избранный
9
1
medicina.az

2Источники