RU

Tramp: Epşteynlə dost olmamışam və onun "ada"sına getməmişəm

BAKI, 2 fevral. TELEQRAF

“Mən Ceffri Epşteynlə dost olmamışam. Əksinə Epşteyn Maykl Volf adlı səfil, yalançı bir müəlliflə mənə qarşı əlbir olub”.

Teleqrafxəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.

Tramp ona qarşı kampaniya aparan radikal solçuları məhkəməyə verəcəyini bildirib.

“Bundan əlavə, boş-boş danışmağı sevən bir çox insanlardan fərqli olaraq, mən o iyrənc "Epşteyn adası"na heç vaxt getməmişəm. Amma korrupsiyalaşmış demokratların, demək olar ki, hamısı orada olub”, - Tramp qeyd edib.

Избранный
22
teleqraf.com

1Источники