RU

Fransada şok: Xəstənin bədənindən top mərmisi çıxarıldı

Fransada şok: Xəstənin bədənindən top mərmisi çıxarıldı

Fransanın Tuluza şəhərində şiddətli ağrı şikayəti ilə xəstəxanaya gedən bir kişi xəstənin düz bağırsağında (rektum) partlayıcı sursat aşkar edildikdən sonra o, əməliyyata alınıb. Birinci Dünya Müharibəsindən qalma sursat xüsusi təhlükəsizlik tədbirləri altında çıxarılıb.

Fransanın Tuluza şəhərindəki "Rangueil" xəstəxanasında 1 fevral 2026-cı il gecəsi qeyri-adi hadisə yaşanıb. Bir kişi xəstə kəskin ağrı şikayəti ilə təcili yardıma müraciət edib. Müayinə zamanı xəstənin rektumunda hərbi sursat olduğu müəyyən edilib.

Vəziyyət aydınlaşdıqdan sonra xəstəxanada genişmiqyaslı təhlükəsizlik tədbirləri tətbiq olunub. Hadisə yerinə polis, yanğınsöndürən və minatəmizləmə briqadaları cəlb edilib. Əməliyyat otağının ətrafında mümkün risk ehtimalına qarşı yanğın və partlayış təhlükəsizliyi təmin edilib.

Xəstə nəzarət altında əməliyyata alınıb. Əməliyyatdan sonra çıxarılan cismin Birinci Dünya Müharibəsindən qalma, Almaniya istehsalı olan 37 millimetrlik top mərmisi olduğu müəyyən edilib. Təxminən 16 santimetr uzunluğunda olan sursatın partlamadığı və partlayıcı xüsusiyyətini qoruya biləcəyi bildirilib.

Sursat minatəmizləyicilər tərəfindən təhvil alınaraq təhlükəsiz şəkildə zərərsizləşdirilib. Rəsmilər xəstənin bu sursatla necə təmasda olduğuna dair araşdırmanın davam etdiyini açıqlayıblar. Hadisə ilə bağlı məhkəmə prosesinin başlana biləcəyi ifadə edilib.

Избранный
22
afn.az

1Источники