RU

Azərbaycanda futbolçu bıçaqlanıbVİDEO

Gəncədə "Kəpəz"in futbolçusu bıçaqlanıb.

Xezerxeber.az-ın məlumatına görə, kluba "Turan Tovuz"dan yeni transfer olunan 23 yaşlı Veysəl Rzayev səhər saatlarında şəhərin Müseyib Bağırov küçəsində bıçaq xəsarəti alıb.

İlkin məlumata görə o, həmin ərazidə dalaşan 2 nəfəri ayırmaq istəyərkən yaralanıb. Futbolçu dərhal Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində Akademik Zülfüqar Məmmədov adına xəstəxananın təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Futbolçunun yaralanması hadisəsi ilə bağlı məsələ "Kəpəz" klubunun nun rəhbərliyi tərəfindən də nəzarətə götürülüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin baş verməsinin təfərrüatları dəqiqləşdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
31
xezerxeber.az

1Источники