RU

Qonşular arasında mübahisə qətllə nəticələnibVİDEO

Gəncədə qonşuluqda yaşayan şəxslərin mübahisəsi faciə ilə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, ölümlə bitən dava gecə saatlarında Gəncənin Mikayıl Müşfiq küçəsində qeydə alınıb.

Hadisədən dərhal sonra xəstəxanaya  hospitalizasiya olunan Röyal Məmmədova dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin edilib. Aparılan reanimasiya tədbirlərinə  baxmayaraq, onun saat 03:20 radələrində ölüm faktı qeydə alınıb.  

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfində əməliyyat-istintaq tədbirləri keçirilib, şübhəli şəxs müəyyən edilib. 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda ibtidai istintaq davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
31
xezerxeber.az

1Источники