RU

ABŞ İrana qarşı hərbi ssenarilərə hazırlaşır - KİV

Son bir ay ərzində ABŞ Yaxın Şərq və İran ətrafına onlarla hərbi təyyarə və təxminən on iki hərbi gəmi yerləşdirib.

Missiya.Az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, bu yerləşdirmə çərçivəsində ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) əməliyyat zonasına daxil olan “Tomahawk” raketləri ilə təchiz edilmiş üç esmines, habelə, “Abraham Linkoln” təyyarədaşıyan gəmisi də bölgəyə yönəldilib.

Qeyd olunub ki, bu birləşmə ötən ilin oxşar hərbi yığılmasından daha kiçik olsa da, hazırda ABŞ Prezidenti Donald Trampa İrana qarşı etibarlı hərbi təhdid imkanı verir.

Daşqın HəsənovMissiya.Az

Избранный
49
2
missiya.az

3Источники