RU

General yüksək vəzifəyə təyin edildi

Dövlət Sərhəd Xidmətində (DSX) daha bir generala yüksək vəzifə verilib.

News365.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bununla bağlı müvafiq Əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Aqil Babayev Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Baş İdarə rəisi təyin edilib.

Qeyd edək ki, A.Babayev əvvəllər DSX Akademiyasının rəisi, daha sonra Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi işləyib. O, “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Избранный
18
18
news365.az

10Источники