RU

25 il əvvəl yayımlanan qorxunc Epşteyn sirri: “Haradasa bir ada…”

Qlobal müzakirə mövzusu olan Epşteyn sənədlərinin yayımlanmasından sonra 2000-ci ildə çəkilən "Simpsonlar" serialının epizodundan Epşteynin kabus adasını təsvir edən bir səhnə ciddi rezonans doğurub. 

Ölkə.az xəbər verir ki, 3 milyon səhifəlik sənəddə üzə çıxan qalmaqallardan sonra, uzun müddətdir yayımlanan Amerika uşaq serialı olan "Simpsonlar"dan Epşteyn qalmaqalını demək olar ki, sözbəsöz təsvir edən bir səhnə qlobal ictimaiyyətdə şok effekti yaradıb. 

3 dekabr 2000-ci ildə yayımlanan serialın 12-ci mövsümünün 6-cı bölümündə, "The Computer Wore Menace Shoes"də arxa plandakı bir lövhədə aşağıdakı təəccüblü ifadə var:

"Xəbərdarlıq: Haradasa, bir adada, bəzi dəli insanlar gizlicə dünyaya hökmranlıq edirlər".

Bu açıqlama və Epşteynin dünya liderlərini, milyarderləri və məşhurları qəbul etdiyi Karib dənizindəki Kiçik Sent-Ceyms adasında qurduğu şantaj və cinayət şəbəkəsi ilə paralelliyi sui-qəsd nəzəriyyələrini yenidən alovlandırıb.

Mürtəza

Избранный
29
1
olke.az

2Источники