RU

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs Bakıda xəstəxanada öldü

Üç gün əvvəl Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs Bakıda xəstəxanada ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, saxlanılan şəxs ötən gecə səhhətində yaranan problemlə bağlı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

O, xəstəxanada vəfat edib.

Respublika Neyrocərrahiyyə Xəstəxanasından bildirilib ki, 1977-ci il təvəllüdlü şəxs (kişi) fevralın 3-də saat 00:10 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun fevralın 4-də 01:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.

 

Cəlilabadda əmisi tərəfindən baltalanan yeniyetmə qız öldü, qardaşının durumu ağırdır

Избранный
29
7
heftelik.az

10Источники