Türkiyə arabesk musiqisinin görkəmli simalarından, mərhum müğənni Fərdi Tayfurun qızı Tuğçe Tayfur 2023-cü ildə evləndiyi əri Muhammed Aydınla boşanma qərarı alıb.
Tayfur boşanmaq üçün məhkəməyə ərizə verib.
Həyat yoldaşının ona xəyanət etdiyi üçün boşanmaq istədiyini deyən Tuğçe Tayfur boşanma iddiasında iddia edib ki, əlində dəlil olaraq Muhammed Aydının digər qadınlarla yazışmaları və şəkilləri də var.
Boşanma ərəfəsində olan cütlüyün iki qızı var.
Xatırladaq ki, Tuğçe Tayfur müğənninin aktrisa Necla Nazır ilə evliliyindən olan qızıdır. O sənətçinin sağlığında icazəsiz olaraq Tayfur soyadını brendləşdirərək mağaza adında istifadə etdiyi üçün atası ilə məhkəməlik olmuşdu. Atası Fərdu Tayfur onu mirasından məhrum etmişdi.
