RU

Gömrükçülərimiz 61 kiloqram marixuana aşkar ediblər

Dövlət Gömrük Komitəsindən bildirilib ki, narkotik vasitə “Cənub-Astara” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “təzə qarpız” yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb.



Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.



Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilən 92 ədəd paletdə gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 61 kiloqram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az

Избранный
27
22
azvision.az

10Источники