RU

Güclü külək Yasamalda fəsadlar törətdi - Gediş-gəliş çətinləşdi - FOTO

Dünən gecədən Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti hökm sürür.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, güclü külək Bakıda bir sıra fəsadlar törədib.

Belə ki, Yasamal rayonu Gəray Əsədov küçəsindəki dəmir konstruksiyalar yolun ortasına aşıb. Nəticədə gediş-gəliş çətinləşib, insanlar üçün təhlükə yaranıb.

Sakinlərin sözlərinə görə, gün ərzində məsələ ilə müvafiq qurumlardan maraqlanan olmayıb.










Bizim.Media

Избранный
32
3
bizim.media

4Источники