RU

Balıqçı çəkisi 60 kiloqramdan çox balıq tutdu

Vyetnamda 60 kiloqramdan çox çəkidə balıq tutulub.

Ucnoqta.az xəbər verir ki, Tuoi Tre-nin məlumatına görə, vyetnamlı balıqçı  adam boyda skumbriya tutmağı bacarıb.

Balıqçı və dostları nəhəng skumbriyanı sudan çıxarmaq üçün bir saat vaxt sərf ediblər. Balıq 1,7 metr uzunluğunda və 63 kiloqram ağırlığında idi. Buna görə də, balığı iki taxta dirəyə bağlayaraq növbə ilə daşımalı olublar.

Balıqçı skumbriyanı satmamaq, ailəsi və dostları arasında bölmək qərarına gəlib. O, əvvəllər də böyük balıqlar, o cümlədən onlarla kiloqram çəkidə köpəkbalığı tutduğunu, lakin bu qədər böyük skumbriya gördüyünü ilk dəfə olduğunu qeyd edir.

Избранный
23
ucnoqta.az

1Источники