RU

Danimarka Rusiya nefti daşıyan tankerlərə nəzarəti sərtləşdirib

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Danimarka Rusiya Federasiyasından neft daşıyan tankerlərin boğazlardan keçidi və reyddə xidmət göstərilməsi zamanı nəzarət tədbirlərini gücləndirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiyanın Kopenhagendəki səfiri Vladimir Barbin mətbuara açıqlamasında bildirib.

Diplomatın sözlərinə görə, bununla yanaşı krallıq Rusiya yüklərinin daşınmasına qarşı mübarizədə Avropa İttifaqı və ya NATO səviyyəsində kollektiv tədbirlərə üstünlük verir.

Səfir qeyd edib ki, ilin əvvəlində alyans ölkələri Baltik dənizində “Baltik keşikçisi” adlı missiyaya start veriblər. Bu məqsədlə Danimarka iki freqat, iki "F-16" qırıcı təyyarəsi, patrul aviasiyası təyyarəsi və döyüş üzgüçülərindən ibarət bir bölmə ayırıb.

Bundan əvvəl Estoniya hüquq-mühafizə orqanları Finlandiya körfəzində Sankt-Peterburqa doğru hərəkət edən, Baham adaları bayrağı altında üzən "Baltic Spirit" konteyner gəmisini saxlayıblar. Rəsmi versiyaya görə, gəmi qaçaqmalçılıqda şübhəli bilinir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Moskvanın Estoniyadan gəmilərə yönələn təhdidlərə cavab verəcəyini bildirib.

Daha əvvəl Marinera tankerinin dənizçiləri amerikalılar tərəfindən əsirlikdə keçirdikləri günlər barədə danışmışdılar.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
82
bizimyol.info

1Источники