RU

"Time" jurnalından Xamenei ilə bağlı diqqətçəkən manşet:

İrandakı hadisələrin fonunda "Time" jurnalının Ayətullah Əli Xamenei ilə bağlı üz qabığı diqqət mərkəzinə gəlib.

Publika.az xəbər verir ki, Edel Rodriqezin müəllifi olduğu üz qabığı "After the Ayatolla"(Ayətullahdan sonra) başlığı ilə yayımlanıb.

Xamenei üz qabığında arxası çevrilmiş, üzü isə örtülü bir fiqur kimi təsvir olunub. Qırmızı tonlarla örtülmüş illüstrasiya isə etirazların necə nəzarətdən çıxdığını və ölkə daxilindəki gərginliyi əks etdirir.

"Time" jurnalı daha əvvəl də oxşar üz qabıqlarını dərc edib. ABŞ-ın İraqa hücumundan əvvəl, 2003-cü ildə jurnal üz qabığında "Səddamdan sonra həyat" başlığı ilə Səddam Hüseynin portretini yerləşdirmişdi.

Избранный
14
1
publika.az

2Источники