RU

Avstraliyada yeniyetmə İsrail prezidentini öldürməklə hədələməkdə ittiham olunur

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avstraliyada 19 yaşlı bir yeniyetmə İsrail Prezidenti İshak Hersoqun ölkəyə planlaşdırılan səfəri ərəfəsində onu öldürməklə hədələməkdə ittiham edilib.

Bizimyol.info xəbər verir ki, Avstraliya Federal Polisinin məlumatına görə, gənc ötən ay sosial şəbəkələrdən birində “xarici dövlət başçısına və beynəlxalq müdafiə altında olan şəxsə” ünvanlanan hədələr paylaşıb.

Bu ittiham üzrə maksimal cəza 10 ilədək azadlıqdan məhrumetmədir. Polis rəsmi olaraq hədələrin kimə ünvanlandığını açıqlamasa da, Avstraliya mediası söhbətin məhz İsrail Prezidenti Hersoqdan getdiyini bildirir. "Sydney Morning Herald" qəzeti isə şübhəlinin ABŞ Prezidenti Donald Trampa qarşı da hədələr səsləndirdiyini iddia edir.

Yeniyetmənin girov qarşılığında azadlığa buraxılması tələbi rədd edilib və o, cümə axşamı Sidney məhkəməsi qarşısına çıxacaq. Onun evində aparılan axtarış zamanı polis mobil telefon, həmçinin narkotiklərin hazırlanması və ya istifadəsi ilə əlaqəli avadanlıqlar müsadirə edib.

Prezident İshak Hersoqun bazar günü Avstraliyaya beş günlük səfər edəcəyi gözlənilir. Səfər ölkənin baş naziri Entoni Albanizenin dəvəti ilə baş tutacaq. Proqram çərçivəsində Hersoq dekabr ayında Hanuka bayramı zamanı Sidneydəki Bondi çimərliyində baş verən və 15 nəfərin ölümü ilə nəticələnən silahlı hücumdan sağ çıxanlarla və qurbanların ailə üzvləri ilə görüşməyi planlaşdırır.

İsrail prezidentinin Avstraliyaya səfəri artıq Fələstin tərəfdarı olan qrupların etirazlarına səbəb olub. Onların Avstraliyanın iri şəhərlərində etiraz aksiyaları keçirməsi planlaşdırılır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
92
bizimyol.info

1Источники