RU

Aİ-nin Kiyevdəki səfiri Zaxarovanın təhqiramiz paylaşımına cavab verib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz mikrobloqunda AB-nin Kiyevdəki səfiri Katarina Maternovanı lağa qoyub və onun növbəti Rusiya hücumu zamanı Kiyevdəki otelinin vanna otağında döşəkdə oturduğunu göstərən şəklini "cinsi həyatının qeyri-erotik fotosu" adlandırıb.

Herbiand.az xəbər verir ki, Maternova Zaxarovanın bu davranışına öz Facebook hesabında cavab verib. O bildirib ki, Zaxarovanın hücumları onun Rusiyanın Ukraynaya hücumlarının dəhşətləri haqqında açıq danışması ilə bağlıdır.
"Müharibə yaradan təcavüzkarın ruporu Rusiya raketlərindən və dronlarından gizlənən bir qadının şəklini cinsiləşdirirsə, bu, nə mənim, nə də Avropa Birliyinin şəninə toxunmur. Deyilənl hər şey Mariya Zaxarova və təmsil etdiyi rejim haqqındadır".

Избранный
8
herbiand.az

1Источники