RU

Dünyanın Tramp QORXUSU: Maduro buna görə qaçırılıb

Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“ABŞ-ın Nikolas Maduronu qaçırması Qərb yarımkürəsini ələ keçirmək planının tərkib hissəsidir”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O bildirib ki, bu ilin əvvəlində Karaqasda baş verən hadisələr dünya nizamına yeni baxışı zəruri edir. Medvedev ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu qaçırmasını yalnız beynəlxalq hüququn açıq pozulması kimi qiymətləndirmir, onu daha geniş geosiyasi məqsədlərin bir hissəsi kimi görür.

Onun sözlərinə görə, ABŞ yalnız faktiki nəzarət əldə etmək niyyətində deyil. Vaşinqton həm də Qərb yarımkürəsinə hüquqi baxımdan da tam nəzarət etmək məqsədi güdür.

Medvedev bu planın bir hissəsi olaraq XX əsrin 30-cu illərindən bəri mövcud olan “Texnat” adlı konspiroloji nəzəriyyəni xatırladır. Bu nəzəriyyəyə görə, ABŞ və Kanadanın, Mərkəzi Amerikadan və Karib adalarından tutmuş Venesuela və Kolumbiyaya, eləcə də Qrenlandiyaya qədər uzanan texnokratik cəmiyyəti qurulmalıdır.

Medvedev hesab edir ki, ABŞ-ın belə hərəkətləri beynəlxalq hüququn əsas prinsiplərini pozur. ABŞ-nın Maduroya qarşı iddiaları “narkoterrorizm” və narkotik ticarətinə dair BMT Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində özünümüdafiə hüququna əsaslanmır. Həmçinin, Maduro həm şəxsi (ratione personae), həm də funksional (ratione materiae) immunitetə malikdir və beynəlxalq hüquq baxımından onun qaçırılması və ABŞ məhkəməsində ittiham olunması qanunsuzdur.

Medvedev vurğulayır ki, ABŞ-ın bu hərəkətləri həm BMT Nizamnaməsinin, həm də Amerika Dövlətləri Təşkilatının prinsiplərinə ziddir. O əlavə edib ki, ABŞ-ın “Texnat” ideyası ilə Qərb yarımkürəsində yaratmaq istədiyi sistem çox təhlükəlidir və bunun nəticələri beynəlxalq hüquq və dünya nizamı üçün ciddi fəsadlar yarada bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
43
1
konkret.az

2Источники