RU

Azərbaycan dilinin saflığının qorunması hər bir dövlət qulluqçusunun məsuliyyətidir - Mədəniyyət naziri

Bakı.Trend:

Azərbaycan dilinin saflığının qorunması, düzgün terminolojiyanaşmanın təmin olunması hər bir hüquqşünasın və dövlətqulluqçusunun məsuliyyətidir.

Trend xəbərverir ki, bu fikirləri Azərbaycan Respublikasının mədəniyyət naziriAdil Kərimli bu gün “LEGIS” Beynəlxalq Hüquq Forumunda çıxışızamanı deyib.

Nazir bildirib ki, norma yaradıcılığı prosesində bir anlayışıifadə edən müxtəlif terminlərin istifadəsi hüquqi qeyri-müəyyənlikyaradır. Buna görə də bu məsələlərdə həssaslıq göstərilməsi sondərəcə vacibdir.

“Azərbaycan dilinin zənginliyinin qorunması dövlət siyasətininəsas prioritetlərindən biridir və bu istiqamətdə hər birimizinmənəvi məsuliyyəti var. Mən bu sahədə hüquqşünaslarımızı daha fəalmövqe tutmağa və milli hüquqi terminologiyanın inkişafına töhfəverməyə çağırıram”, - deyə nazir əlavə edib.

Избранный
114
1
az.trend.az

2Источники